Burada sizin reklamınız ola bilər

Vətənə qayıdan Çingiz:
02 Avqust 2022 , 16:57

Vətənə qayıdan Çingiz: "6 aylıq Bali səfərimdən sonra anladım ki..."


 

“Həyatımın hər dönəmi çox dəyişik və fərqli keçirib. Son 1 ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikalarıma həsr elədim. Təbii ki, çox dəyişimlər keçirdim. Sizə danışmaq istədiyim hədsiz dərəcədə çox emosiyalar, fikirlər və təcrübələr var. Zamanla hər birini bölüşəcəm".



Primetime.az xəbər verir ki, müğənni Çingiz Mustafayev sosial şəbəkə hesabında yazıb. Uzun müddətdir İndoneziyanın Bali adasına köçüb, orada musiqi fəaliyyətini davam etdirən sənətçi yenidən vətənində böyük səhnəyə qayıtdığını dilə gətirib.

 

"Altı aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyam ilə paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəm. Yaxın günlərdə yeni mahnı və klip ilə qarşınızda olacam.



Çox keçməz ki, iki böyük konsertin elanını paylaşacam. Sizinlə görüşmək üçün səbirsizlənirəm. Gözləmədə qalın. Görüləsi işlər, danışılası çox şeylər var”, - deyə Ç.Mustafayev fikirlərini ifadə edib.


 



 



 



 



 



 



SİZƏ MARAQLI OLA BİLƏR