2 avqustda bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan “Milli Kino Günü”dür.
Primetime.az xəbər verir ki, “CinemaPlus Amburan Mall” premium kinoteatrda “Olimpia” Azərbaycan filminin bu bayrama həsr olunan tədbiri keçirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekran işi idman melodram janrındadır. Tədbirin fəxri qonaqları arasında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, o cümlədən məşhur boksçular da olub.
Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.
Rollarda Qurban Ismaylov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov.
Qeyd edək ki, Əli-Səttar Quliyevin “Olimpia” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının “Rusiya – İslam dünyası” müsabiqə proqramına dəvət alıb.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.