Azərbaycanın ABŞ-dakı səfirliyi tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın vəfatı ilə bağlı başsağlığı verib.
Primetime.az xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında qeyd edilib.
“Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova Los-Anceles şəhərində vəfat edib. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, - deyə başsağlığında yazılıb.
Qeyd edək ki, F.Rəhimbəyova avqustun 16-da ABŞ-da vəfat edib. O, 62 yaşında infarktdan dünyasını dəyişib.