Burada sizin reklamınız ola bilər

Sərbəst güləşçilərimiz DÇ-də mübarizəyə başlayır
15 Sentyabr 2022 , 11:12

Sərbəst güləşçilərimiz DÇ-də mübarizəyə başlayır


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bu gün daha 4 sərbəst güləşçimiz mübarizəyə başlayacaq.

 

Primetime.az xəbər verir ki, 70 kq çəki dərəcəsində Coşqun Əzimov monqolustanlı Temulen Enktuya ilə qarşılaşacaq.

 

79 kq-da Əşrəf Aşırov 1/16 finalda estoniyalı Erik Reinboku mübarizədən kənarlaşdırmağa çalışacaq. 

 

86 kq-da Abubakar Abakarov təsnifat mərhələsində ukraynalı Həsən Zəkəriyevlə güləşəcək. 

 

125 kq çəkidə Aydın Əhmədov çinli Din Çjiveylə üz-üzə gələcək. 

 

Bu gün həmçinin qadınların yarışında Jalə Əliyevə bürünc medal uğrunda mübarizə aparacaq. O, 57 kq-da bolqarıstanlı Georgieva Nikolova ilə ukraynalı Alina Akobia cütünün qalibini məğlub etməyə çalışacaq. 

SİZƏ MARAQLI OLA BİLƏR