Oktyabrın 15-də Essen şəhərində yerləşən “Katakomben” Teatrında azərbaycanlı müğənni Seyran İsmayılxanov Almaniyanın tanınmış musiqiçi və skripaçı Anna Goldla birlikdə “EthnoMystic” adlı layihəsinin ilk konsert proqramıyla çıxış edəcək.
Primetime.az xəbər verir ki, konsert öncəsi Almaniyanın “Musiker Magazin” jurnalında dərc edilən ifaçı ilə müsahibədə onu “Səsi tanrının hədiyyəsi olan müğənni” kimi təqdim ediblər. Yazıda Seyranın alman həmkarı Anna Goldla layihəsi də vurğulanıb.
Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.