Burada sizin reklamınız ola bilər

Rəqsanə şəhidlər üçün ehsan verdi
26 Sentyabr 2022 , 11:54

Rəqsanə şəhidlər üçün ehsan verdi - FOTO


Müğənni Rəqsanə İsmayılova şəhidlər üçün ehsan verib. 

 

Primetime.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, incəsənət və dövlət adamları yer alıblar. 

 

Mərasimdə çıxış edən ifaçı "Həyat yoldaşım Fazil Əmiraslanovla birlikdə bunu etmək qərarına gəldik. Burada elə talelər eşidirəm ki, həqiqətən də dözmək çətindir. Allah şəhidlərə rəhmət eləsin. Bu gün bura gələn hər kəsə təşəkkür edirəm. Qazilərimiz var ki, ayağı yoxdur, yeriməkdə çətinlik çəkir. Amma buna baxmayaraq mənim dəvətimi qəbul edib gəliblər. Onlara minnətdaram",-  deyən Rəqsanə kövrəlib. 

 

Tədbirə qatılanlar arasında Əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Nadir Qafarzadə, Mətanət Əsədova, Xuraman Şuşalı yer alıblar. 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR