Burada sizin reklamınız ola bilər


26 Sentyabr 2022 , 15:48

"Bu da həyatımızın növbəti 26 sentyabrı" - İlkindən xanımına


Aparıcı İlkin Həsəni həyat yoldaşı Aysellə bağlı paylaşım edib. 

 

Primetime.az xəbər verir ki, o, xanımını ad günü münasibətilə təbrik edərək, ürək sözlərini yazıb. 

 

"Bu da həyatımızın növbəti 26 sentyabrı, sevimli payızın sevimli tarixi. Arzum budur ki, yeni yaşın gəlişi ilə ömrünə bir az da sevinc, xoşbəxtlik və sağlamlıq gətirsin. Qoy ən qlobal problemlərimiz yenə də "hamamın işığını niyə söndürmədin?", "kondisionerin pultunu yenə də hara qoymusan, axı", "3 saat manikür olar?!" olaraq qalsın. Həyat sənsən, xoşbəxtlik sənsən, hüzur sənsən! Doğum günün mübarək, eşqim" , - deyə İlkin paylaşımında qeyd edib. 

 

Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alis adlı qız övladı var. 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR