Burada sizin reklamınız ola bilər

Şəhidin sevgilisinə yazdığı məktub
27 Sentyabr 2022 , 13:50

Şəhidin sevgilisinə yazdığı məktub - AUİDO


Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.

 

Primetime.az xəbər verir ki, "Yada düşürsən" adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.

 

Qeyd edək ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F.Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.

 

Xatırladaq ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

 

SİZƏ MARAQLI OLA BİLƏR