Burada sizin reklamınız ola bilər

AzTV Prezidentə həsr olunmuş poema əsasında film çəkdi
27 Sentyabr 2022 , 18:00

AzTV Prezidentə həsr olunmuş poema əsasında film çəkdi


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş sənədli film hazırlayıb.

 

Primetime.az xəbər verir ki,  sənədli film Xalq şairi Nəriman Həsənzadənin “Qarabağnaməm İlhamdır” adlı poeması əsasında ərsəyə gətirilib. Filmin əsas çəkilişləri Şuşada, Cıdır düzündə, Xüdafərin körpüsündə, N.Həsənzadənin evində və Müdafiə Nazirliyinin poliqonlarından birində çəkilib.

 

“Qarabağnaməm İlhamdır” filminin quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Bəxtiyar Qaraca, quruluşçu operatoru isə Cavid Əliyevdir.

 

Sənədli filmdə Xalq artistləri Nurəddin Mehdixanlı, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Mənsum İbrahimov, Ramiz Həsənoğlu, Azər Zeynalov, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Əli Nur, Əməkdar artistlər Rafiq Həşimov, Sənubər İsgəndərli, Xalq rəssamı Arif Hüseynov, Vətən müharibəsi qəhrəmanları, dünya çempionları Rafiq Hüseynov, Eldəniz Əzizli, aktyor Elxan Rza, aktrisa Hüsniyyə Mürvətova və başqaları rol alıblar.

 

Qeyd edək ki, poema Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatına və qələbəyə həsr olunub.

 

SİZƏ MARAQLI OLA BİLƏR