Burada sizin reklamınız ola bilər

Azərbaycanda gənclərin sayı açıqlandı
28 Sentyabr 2022 , 15:35

Azərbaycanda gənclərin sayı açıqlandı


Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub.

 

Primetime.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir. Gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.

 

Həmçinin, ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub. 

SİZƏ MARAQLI OLA BİLƏR