Burada sizin reklamınız ola bilər

Sobçaka cinayət işi açıla bilər
03 Oktyabr 2022 , 12:26

Sobçaka cinayət işi açıla bilər


Polis Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçakın hərəkətlərində dövlət hakimiyyəti haqqında saxta məlumatların yayılmasını qeydə alıb.

 

Primetime.az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, İstintaq Komitəsindən jurnalistə qarşı cinayət işi qaldırmaq xahiş edilib. İşin hansı maddə ilə qaldırılacağı hələlik məlum deyil. Mənbənin sözlərinə görə, bu, “festivalların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı saxtakarlıqdır”.

 

Qeyd edək ki, bundan əvvəl rejissor Vitali Manskiyə qarşı cinayət işi açılıb və o, Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.  Rejissor “Осторожно, Собчак” yutub layihəsinə müsahibəsi zamanı “Moskva” beynəlxalq kinofestivalında büdcənin azı 85%-i oğurlanır" deyə bildirmişdi. Sobçakın adı isə bu işdə şahid kimi hallanır. Dindirilmə zamanı Sobçak qeyd edib ki, Manski ilə müsahibəsinə görə cavab verməyə hazırdır və buraxılışın nə rejissoru, nə də redaktorları olub.

SİZƏ MARAQLI OLA BİLƏR