Burada sizin reklamınız ola bilər

İntihar edən qız Avropa çempionu olmayıb – RƏSMİ
13 Avqust 2019 , 11:33

İntihar edən qız Avropa çempionu olmayıb – RƏSMİ


“Millimizdə heç vaxt bu adda idmançı olmayıb”.

 

Bunu Primetime.az-a açıqlamasında Gənclər və  İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova dünən özünü 4-cü mərtəbədən atan Avropa çempionu haqqında danışarkən deyib. O bildirib ki,  yayılan məlumat yanlışdır.

 

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

 

A.Məmmədzadənin akrobatika üzrə dörtqat Avropa çempionu olduğu deyilirdi. Məlumatı APA agentliyi yaymışdı.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR