Burada sizin reklamınız ola bilər

Sobçak Belarus-Litva sərhədini piyada keçib
27 Oktyabr 2022 , 11:26

Sobçak Belarus-Litva sərhədini piyada keçib - VİDEO


Rusiyalı aparıcı və ictimai xadim Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. O, Belarusdan Litvaya gedib.

 

Primetime.az xəbər verir ki, aparıcının Belarus-Litva sərhədini piyada keçdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb. TASS-ın xəbərinə görə, K. Sobçak “Rostex” dövlət korporasiyasından hədə-qorxu ilə tələbetmə işində şübhəli bilinir.

 

Sobçak özü məsələni şərh etmir. TASS qeyd edir ki, irəli sürülmüş ittihamlar aparıcının 15 ilədək həbs olunması ilə nəticələnə bilər.

 

Xatırladaq ki, K. Sobçakın kommersiya direktrou Kirill Suxanov və “Tatler”in eks-baş redaktoru Arian Romanovski bu cinayət işi ilə bağlı saxlanılıblar. Məhkəmə onların həbs olunub-olunmayacaqları ilə bağlı qərar verəcək.

 

***

 

Litva tərəfi Sobçakın ölkəyə gəldiyini təsdiqləyib.

 

Litva Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darüs Yaunişkis bildirib ki, Sobçak İsrail vətəndaşıdır: “Bununla da o, Litvaya gələ bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”.


SİZƏ MARAQLI OLA BİLƏR