Burada sizin reklamınız ola bilər

 Xoşqədəm müğənni həyat yoldaşı Doğuş ilə veriliş aparacaqlar
27 Oktyabr 2022 , 16:58

Xoşqədəm müğənni həyat yoldaşı Doğuş ilə veriliş aparacaqlar


Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.

 

Primetime.az xəbər verir ki, “Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək. Veriliş cütlüyün evindən canlı yayımlanacaq.

 

Qeyd edək ki, “Günaydın, Azərbaycan” Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyevanın ATV-dəki “Zaurla Günaydın” verilişi ilə eyni saatda yayımlanacaq.   

 

Eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.

SİZƏ MARAQLI OLA BİLƏR