Burada sizin reklamınız ola bilər


28 Oktyabr 2022 , 16:30

"O qədər xəyanət gördüm ki..." - Günay İbrahimli


"İnsanlardan özümə qarşı o qədər xəyanət gördüm ki... Tədbirlərə gedirdim, insanlardan neqativ enerji alırdım, qeyri-səmimilik münasibəti, paxıllıq görürdüm. Yalandan üzünə gülürdülər. Hiss edirdim ki, bu ortamı tərk etməliyəm".

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Xəbər-ətər" proqramında deyib. Sənətçi yaşadığı xəyanətlərdən gileylənib. Evində çoxlu pişik saxlayan ifaçı bunları əlavə edib:

 

"Hər zaman pişikdən iyrənən, ürpən olmuşam. Pişik gələndə divanın, stulun üstünə çıxırdım. İnana bilməzdim ki, illər sonra pişikləri bu qədər sevə bilərəm. İndi evə girəndə pişiyi əlimə alıram, hiss edirəm ki, neqativlərimi götürür. Hətta bir neçə pişiyim o cür ölüb". 

SİZƏ MARAQLI OLA BİLƏR