Burada sizin reklamınız ola bilər


05 Noyabr 2022 , 11:17

"Şiş "Toppuş bacı"nın beyninə yayılıb" - VİDEO


Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") şiş artıq beyninə yayılıb.

 

Primetime.az xəbər verir ki, bu barədə aktrisa Ülviyyə Əliyeva sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, həmkarının səhhəti yaxşı deyil:

 

"Vəziyyəti yaxşı deyil. 2-3 gün əvvəl həkimdə oldu. Analizlərdən məlum oldu ki, metastaz artıq beyninə verib. Yenidən kimyaterapiyaya başlayacaq. Hamınızdan dua istəyirəm. Allah onu övladına bağışlasın".

 

Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır.

 

SİZƏ MARAQLI OLA BİLƏR