Burada sizin reklamınız ola bilər

Elnurdan oğluyla bağlı paylaşım
08 Noyabr 2022 , 11:17

Elnurdan oğluyla bağlı paylaşım - FOTO


Müğənni Elnur Məmmədovun oğlunun 1 yaşı tamam olub.

 

Primetime.az xəbər verir ki, oğlu ilə şəklini paylaşan Elnur "Allahın ən gözəl hədiyyəsi, oğlum İnam, 1 yaşın mübarək. Zəfər Günündə dünyaya gəlişin mənə ikiqat hədiyyə oldu. Həm qələbəmiz, həm də sənin dünyaya göz açmağın. Sənə sağlam, mənlikli və qürurlu ömür arzulayıram. Ən əsası da əməlisaleh olub, dövlətinə, xalqına yararlı övlad ol. Qələbə bayramımız mübarək, əziz azərbaycanlılar", - sözlərini yazıb.

 

Qeyd edək ki, Elnur 2011-ci ildə ailə qurub.

 

SİZƏ MARAQLI OLA BİLƏR