Burada sizin reklamınız ola bilər

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı
09 Noyabr 2022 , 11:34

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı


Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.

 

Primetime.az xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

SİZƏ MARAQLI OLA BİLƏR