Müğənni Şəbnəm Tovuzlunun qızı Günel və kürəkəninin fotosu yayılıb.
Primetime.az xəbər verir ki, şəkli aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında nümayiş etdirib. O, Şəbnəmin telefonunu götürərək şəkli kameraya göstərib.
Qeyd edək ki, Şəbnəmin qızı Günelin bir neçə gün əvvəl "hə" mərasimi olub. İfaçı toyun bu ilin sonuna kimi olacağını söyləyib.