Ukrayanın bir çox bölgələrində Xersonun işğaldan azad edilməsi münasibətilə bayram tədbirləri keçirilib.
Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, rus ordusunun Xersondan çıxarılmasının əks-sədaları hələ də davam edir. Əhali Xersonda Ukraynanın dövlət himni səsləndirir, Kiyevdə isə bayram tədbirləri keçirilir.
Qeyd edək ki, Rusiya Ukraynanın cənubundakı Xersondan çəkildiyini elan etdikdən sonra Ukrayna qoşunları bölgəyə daxil olub.