Burada sizin reklamınız ola bilər

Elgizlə vəkil arasında mübahisə düşdü
14 Noyabr 2022 , 13:57

Elgizlə vəkil arasında mübahisə düşdü - VİDEO


"Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbərlə ekspert, vəkil Şəfiqə Nağıyeva arasında mübahisə düşüb. 

 

Primetime.az xəbər verir ki, buna səbəb proqrama evlənmək məqsədi ilə qatılan Pakistan vətəndaşları olub. Ş.Nağıyeva onlara qız tapmağa etiraz edib. 

 

"Bəlkə evlidir, başqası ilə münasibəti var? Qeyri-rəsmi formada beş qadını ola bilər. Niyə kiminsə qızını bədbəxt edirsiniz? Beş arvadı olana necə qız verək?", - deyən, Ş.Nağıyevaya Elgiz əsəbiləşib. 

 

"Lap 50 qadınla münasibəti olsun, bizim nəyimizə lazımdır? Əsas rəsmi nikahının olmasıdır. Qeyri-rəsmi münasibət göstərici deyil. Niyə pisləyirsiniz? Cavan oğlandır, imkan verin evlənsin. Göz görə-görə insanı qaralayırsınız. "Bəlkə" ilə danışmaq olmaz. Qadının yanında ala qarğa bala çıxartmaz", - deyə aparıcı cavab verib.  


SİZƏ MARAQLI OLA BİLƏR