Burada sizin reklamınız ola bilər

İşçiləri qanunsuz işlədən fermərə cinayət işi açıldı
15 Noyabr 2022 , 11:35

İşçiləri qanunsuz işlədən fermərə cinayət işi açıldı


Astarada fermərə cinayət işi açılıb.

 

Primetime.az rayon prokurorluğuna istinadən xəbər verir ki, “İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

 

Araşdırmalarla Sadıx Əzimovun 15 nəfər şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.

SİZƏ MARAQLI OLA BİLƏR