Burada sizin reklamınız ola bilər

Pərvizdən karyerası ilə bağlı gözlənilməz qərar
15 Noyabr 2022 , 13:48

Pərvizdən karyerası ilə bağlı gözlənilməz qərar


Dünya çempionu Pərviz Abdullayev karyerasını başa vurur.

 

Primetime.az xəbər verir ki, "Kobra" ləqəbli idmançı bu haqda "Görüş yeri" proqramında danışıb. O bildirib ki, özünü başqa sahədə sınamaq qərarına gəlib:

 

"Hazırda 36 yaşım var, 37 olacaq. İdmançının sona doğru getdiyi yaşlar var. 2016-cı ildən sonra uduzmamışam, ancaq qalib gəlmişəm, böyük yarışları qazanmışam. Yəqin ki, son bir-iki akkord qalıb, sonra idmandan getmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir. Qarşıma həmişə hədəf qoymuşam. Demək olar ki, bütün məqsədlərimə çatmışam. İndiki hədəf başqadır, fərqli sferada olmaq istəyirəm".

SİZƏ MARAQLI OLA BİLƏR