Burada sizin reklamınız ola bilər


16 Noyabr 2022 , 11:18

"Haqqımda söz-söhbət yaradan "Əməkdar artist"inizə qulaq asırsınız" - Nəvaidən Xəyyama sərt sözlər


Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov Azərbaycanda konsert verməməsinin səbəbini açıqlayıb.

 

Primetime.az xəbər verir ki, ifaçı sosial şəbəkədə izləyicilərinin bu haqda ünvanladığı sualı cavablandırıb. O, ad çəkmədən Əməkdar artist Xəyyam Nisanova söz atıb. Nəvai eyni zamanda ötən il Bakı haqqında dediyi qeyri-etik ifadəyə görə tənqid edilməsindən bəhs edib:

 

"Çünki oturub haqqımda söz-söhbət yaradan "Əməkdar artist"inizə qulaq asırsınız. Bu yolla isə o, özünü reklam etmək istəyib. Baxmayaraq ki,  mənim nömrəmi bilir və danışırdı. O bilirdi ki, mən həmişə xalqımı dəstəkləyirəm.

 

Əlimdə bütün dəllilər var. Və bu dəlillərlə haqqımda yayılan həmin söhbətləri yox edə bilərəm. Azərbaycan dilində cəmi bir müsahibə verdim. Amma mən daha sizə heç nə sübut etmək istəmirəm. Bakıda "Valentino"tərzində geyinərək dayanıb vətənpərvərlikdən danışan oğlana inandınız".

 

Nəvai əlavə edib ki, müharibə vaxtı bir çox insana yardım edib, amma bunu gündəmə gətirməyib:

 

"O vaxtlar biz oradakı insanlara nə qədər yardım göndərdik. Heç əlil qalan qardaşlarımdan danışmıram. Hamıya başa salmaq mümkün deyil ki, musiqi platformalarında 5 milyarda yaxın izləyicimiz var və bütün dünya azərbaycanlı olduğumuzu bilir. Deyə bilmirik ki, bu oğlan iyrənc mahnı oxuyur və onun "Jara" musiqili festivalında yeri yoxdur.

 

Bizimlə duet oxumağından heç söhbət belə gedə bilməz. Ona görə də bizim Bakıda konsertlərimiz gözlənilmir. Eləcə də Azərbaycan dilində mahnılar. Mən heç kimə pis söz deməyə icazə verməmişəm. Amma onun sayəsində 2 ildir ki, təhqirlər eşidirəm. Və o videoda mən həqiqətən lənətlənmiş gecə klubu haqqında oxudum.

 

Hadisədən öncə isə bu video iki ay sosial şəbəkələrdə, fan hesablarımda yayımda idi. Hamı baxıb gülürdü ki, Azərbaycan dilində gülməli söyüş söyən tək mənəm.

 

Və məndən başqa, bütün dünyaya tanınan, bizim dildə utanmadan bu cür söyüş söyən birini göstərin. Amma sual başqadır. Kim olmaq lazımdır ki, bu videonu sarı mətbuata sifarişli şəkildə düzgün olmayan formada təqdim edəsən? Sanki qohumlarımın yarısının yaşadığı yer haqqında söylədim. Rusiyada bütün azərbaycanlı məşhurlara dərs keçirdim ki, bir yerdə olmalıyıq. Və sizə də öyrədəcəyəm. Hamınıza sülh və sevgi. Bir insanı bilmədən mühakimə etməyin".  

 

Qeyd edək ki, ötən il Nəvainin Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılmışdı. Onu tənqid edənlər arasında Əməkdar artist Xəyyam Nisanov yer almışdı. "Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq" deyə, Xəyyam Nəvai haqqında söyləmişdi. 

 

SİZƏ MARAQLI OLA BİLƏR