Burada sizin reklamınız ola bilər

Bu gündən tətildir
16 Noyabr 2022 , 11:25

Bu gündən tətildir


Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.

 

Primetime.az xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

SİZƏ MARAQLI OLA BİLƏR