Türkiyənin gənc rok qrupu “Madrigal” Bakıya gəlir.
Primetime.az xəbər verir ki, “Seni dert etmeler” mahnısı ilə musiqi platformalarında milyonlarla dinlənmə sayı toplayan qrupun konserti fevralın 4-də baş tutacaq.
Tədbir Elektra Events Hallda keçiriləcək. Konsertə biletlərin qiyməti 30 manatdan başlayır.
Qeyd edək ki, “Madrigal” “Ən yaxşı musiqi qrupu”, “Ən yaxşı albom” kimi mükafatların sahibidir.