Burada sizin reklamınız ola bilər

Zaur Könül Xasıyevadan üzr istədi
29 Noyabr 2022 , 14:12

Zaur Könül Xasıyevadan üzr istədi - VİDEO


Xalq artisti Könül Xasıyeva və aparıcı Zaur Kamal barışıb.

 

Primetime.az xəbər verir ki, bu haqda Zaur "Həmin Zaur" proqramında deyib. O, xanəndədən üzr istədiyini bildirib:

 

"Sosial şəbəkədə Zaurla Könül Xasıyevanın küsülülüyü haqda yayılmışdı. Bizim verilişdə qonaq olmuşdu, sual məsələsi var idi. Hər şeyə aydınlıq gətirdim. Xalq artisti ilə görüşdük, söhbətləşdik. Qucaqlaşdıq və məsələyə aydınlıq gətirdim. Bizim aramızda illərdir ana-bala münasibəti var. Layihələrdə, özəl proqramlarda Könül Xasıyevanı sevə-sevə dəvət etmişəm. Hər günündə yanında olmuşam. Üzrxahlıq etdim və məsələ bitdi. Buna başqa don geyindirməyin".

 

Qeyd edək ki, K.Xasıyeva bir il əvvəl Zaurun verilişində qonaq olarkən ona vaxtilə Bakıda tək qalmamaq üçün anasını atasından ayıraraq öz yanına, evinə gətirməsi haqda verdiyi suala görə aparıcını polisə şikayət etmişdi. 


SİZƏ MARAQLI OLA BİLƏR