Burada sizin reklamınız ola bilər


29 Noyabr 2022 , 15:00

"Qızıma çox qadağa qoydum, peşmanam"


"7-ci sinifdə oxuyanda anamı itirmişəm. Anam mənim nə sənətkar, nə də ana olduğumu gördü. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim... Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə bu sənətdə də olmazdım. Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de".

 

Primetime.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Düzünə qalsa" verilişində deyib. Aktrisa qızından, ona qoyduğu qadağalardan danışıb:

 

"Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən. Qızıma çox qadağalar qoymuşam, bugünə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb və universitetə getdi, gəldi. Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağ-qarası idi ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı, acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır".

 

S.İsgəndərli "Təhminə" filmində rol almasından söz açıb və peşman olduğunu deyib:

 

"İndi o dövrə qayıda bilsəydik, o yaşda olsaydım və "Təhminə" rolunun təklifi gəlsəydi, qəti ifa etməzdim. Ümumiyyətlə, mən bir filmin ikinci dəfə çəkilişini, yeni həyat verilməsini sevmirəm. O vaxt saqqımızı oğurladılar deyə, razılıq verdim. Özüm də istədim. Amma bu ağlımla o dövr olsaydı, istəməzdim. Rasim Ocaqov kimi böyük sənətkar çəkmişdi, bu günə kimi də həmin film sevilir. Kim nə ilə razıdır, ya yox, bu başqa söhbətdir. Film sevilir, qəbul olunur. İkinci dəfə o filmin çəkilməsi düzgün deyildi. Düşünürəm ki, lazım deyildi".

SİZƏ MARAQLI OLA BİLƏR