Müğənni Samir Bağırov uzun zamandan sonra Bakıda keçirilən tədbirlərin birində görüntülənib.
Primetime.az xəbər verir ki, onun fotolarını aparıcı Hacı Nuran Hüseynov sosial media hesablarında paylaşıb. “Samir Bağırov, hər zaman yanındayam”, - deyə Hüseynov yazıb.
Qeyd edək ki, bir müddət əvvəl S. Bağırovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunmuşdu.