Burada sizin reklamınız ola bilər

Sabah hava necə olacaq?
08 Dekabr 2022 , 14:40

Sabah hava necə olacaq?


Dekabrın 9-da ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

SİZƏ MARAQLI OLA BİLƏR