Burada sizin reklamınız ola bilər

Seyran bu mahnını 2 dildə oxudu
13 Dekabr 2022 , 13:35

Seyran bu mahnını 2 dildə oxudu - KLİP


Müğənni Seyran İsmayılxanov "Улетай на крыльях ветрa" ("Küləyin qanadlarında uç") adlı rus mahnısına çəkilmiş klipini təqdim edib.

 

Primetime.az xəbər verir ki, layihə haqqında məlumat verən ifaçı bu mahnını təbiət qoynunda yazdığını deyib:

 

"Əsərdə şərq melizmlərinin mistikasına qapılıb olduğunuz məkandan ruhən tərki-dünya ola bilərsiniz. Tərki-dünya olsanız, özünüzü ucsuz-bucaqsız bir səhralığın ortasında tapacaqsınız. Nə etməli? Nə axtarmalı? Nə görməli? Nə düşünməli? Nə sorğulamalı? Onu artıq sizin xəyal gücünüzə buraxıram".

 

Qeyd edək ki, Seyran sözügedən mahnıya çəkilmiş klipdə fərqli bir imicdə geyinib. Bəstə 2 dildə - Alman və rus dilində ifa olunub. Mistik elementləri hiss olunan ekran işinin rejissoru ifaçının özüdür. Klip İspaniyada ərsəyə gətirilib.

 

SİZƏ MARAQLI OLA BİLƏR