Burada sizin reklamınız ola bilər

Saakaşvili yenidən aclıq aksiyasına başladı
14 Dekabr 2022 , 16:15

Saakaşvili yenidən aclıq aksiyasına başladı


Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili yenidən aclıq aksiyası elan edib.

 

Primetime.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin vəkili Şalva Xaçapuridze açıqlayıb. 

 

Onun sözlərinə görə, Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti Saakaşviliyə məhkəmə prosesinə videobağlantı vasitəsilə qoşulmağa icazə verməyib. Buna etiraz olaraq, Saakaşvili aclıq aksiyasına başlayıb. 

 

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

SİZƏ MARAQLI OLA BİLƏR