Burada sizin reklamınız ola bilər

Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü
15 Dekabr 2022 , 10:51

Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü FOTOLAR


Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

 


SİZƏ MARAQLI OLA BİLƏR