Burada sizin reklamınız ola bilər

Nazirlik “Birlikdə üzək” adlı yarış keçirəcək
15 Dekabr 2022 , 14:37

Nazirlik “Birlikdə üzək” adlı yarış keçirəcək


Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.

 

Primetime.az xəbər verir ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.

 

Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq.

 

 Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək.

 

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında kişilər və qadınlar kateqoriyalarında keçiriləcək və dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında baş tutacaq. 

 

Yarışlarda iştirak ödənişsizdir və qeydiyyat üçün registration@mys.gov.az e-mailinə yazmaq və ya 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək kifayətdir.

SİZƏ MARAQLI OLA BİLƏR