Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə çıxış edib.
Primetime.az xəbər verir ki, sənətçi fanatları ilə səmimi ünsiyyət qurub və selfilər çəkdirib. "Dostlar çox sağolun. Sizi yaxından görmək istədim. Hamıya salam. Sizin olduğunuz yerdə birazda qalsam səhnəyə geri qayıda bilməyəcəm", - deyə Emin gülərək bildirib.
Emin "Стоп, ночь", "Аmore", "Still", "МММ" və digər nəğmələrini səsləndirib.