Burada sizin reklamınız ola bilər

Oruc Qurbanov vəfat etdi
23 Dekabr 2022 , 14:01

Oruc Qurbanov vəfat etdi


Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib.

 

Primetime.az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Qurbanov Oruc İzzət oğlu 1974-1979-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

 

Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

Ailəlidir, dörd uşaq atasıdır.

 

Allah rəhmət eləsin!

SİZƏ MARAQLI OLA BİLƏR