"1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib".
Primetime.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, övladlığa verilən uşaqlardan 179-u oğlan, 176-sı qızdır:
"Onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır. Paralel olaraq himayədar ailə institunun formalaşdırılması istiqamətində də işlər aparılır".