Burada sizin reklamınız ola bilər


28 Dekabr 2022 , 13:40

"mikpro" dünyaca məşhur musiqi şirkəti ilə əməkdaşlıq edəcək


Azərbaycanlı "mikpro" musiqi yayım şirkəti dünyanın ən böyük musiqi müəllif hüquqları qrupu olan "Universal Music Publishing Group"un Türkiyə ofisi ilə əməkdaşlıq etməyə başlayıb.

 

Primetime.az xəbər verir ki,  bu barədə "mikpro" musiqi yayım şirkətinin həmtəsisçisi PRoMete məlumat verib. O, qarşı tərəfin instaqram paylaşımını yayımlayıb:

 

"Azərbaycanın ən böyük musiqi yayımı şirkəti olan "mikpro" ilə dünya miqyasında müqavilə imzaladıq və "mikpro"nun bir-birindən dəyərli əsər sahiblərini təmsil etdiyimiz üçün çox şadıq. Aramıza xoş gəldiniz".

SİZƏ MARAQLI OLA BİLƏR