Burada sizin reklamınız ola bilər

Koronavirusun yeni ştamı artıq 29 ölkədə aşkarlanıb
05 Yanvar 2023 , 10:08

Koronavirusun yeni ştamı artıq 29 ölkədə aşkarlanıb


Koronavirusun Omicron XBB.1.5 ştamı yayılmaqda davam edir.

 

Primetime.az “Politico”ya istinadən xəbər verir ki, ştam artıq 29 ölkədə aşkarlanıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib: “Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib”.

 

Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.

 

Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.

SİZƏ MARAQLI OLA BİLƏR