Burada sizin reklamınız ola bilər

4 nəfərin meyitinin aşkarlandığı evdən
05 Yanvar 2023 , 15:12

4 nəfərin meyitinin aşkarlandığı evdən - FOTOLAR


 Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

 

Primetime.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları sözügedən ünvana yollanıblar.

 

Məlum olub ki, meyitləri aşkarlanmış şəxslər yaxınlıqdakı “Şərq bazarı”nda işləyir, həmin mənzildə kirayə qalırlarmış.

 

Qeyd edək ki, DİN Mətbuat xidmətinin yaydığı məlumatda meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı bildirilir. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

 

***

Qonşulardan biri deyib ki, hadisə təxminən 30-31 dekabr tarixlərində baş verib: “10 gün idi ki, kirayə qalırdılar. Birini tanıyırdım. Yaşları 30 olmazdı”.  

 

 

 

 


 


 


SİZƏ MARAQLI OLA BİLƏR