Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub.
Primetime.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat yayıb. O deyib ki, həmin şəxs polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, sözügedən görüntüləri Əməkdar artist Aygün Bəylər sosial media hesabında paylaşaraq tənqid etmişdi.