Burada sizin reklamınız ola bilər

Lalə Məmmədova sükutu albomla pozdu
10 Yanvar 2023 , 10:56

Lalə Məmmədova sükutu albomla pozdu - AUİDO + FOTOSESSİYA


Əməkdar artist Lalə Məmmədova “Darıxmışam” adlı yeni albomunu təqdim edib.  

 

Primetime.az xəbər verir ki,  müğənni bir müddətdir üzərində çalışdığı altı mahnıdan ibarət musiqi layihəsini bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verib.

 

Layihənin baş prodüseri Elnur Həsənov, fotoların müəllifi Orçun Mutludur. Türkiyədə lentə alınan şəkillər üçün geyimləri Yüksel Özgür və Georgi Devderiani hazırlayıb. 

 

Sözügedən alboma “Darıxmışam”, “Gözümdə Leylisən”, “Gülə gülə”, “Əsmərim”, “Nağılçı”, “Səni sevirəm” mahnıları daxildir. Köhnə mahnıları Mahir Ordubadi və Eşqin Ağayev yenidən aranjıman edib. 

 

Albomun iki mahnısı ekranlaşdırılıb. Sözügedən kliplərin müəllifi Orçun Mutludur və ekran işləri tezliklə  təqdim olunacaq.

 

 

 


 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR