Burada sizin reklamınız ola bilər

Fəxri adı olanların nəzərinə!
13 Yanvar 2023 , 11:13

Fəxri adı olanların nəzərinə!


Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün təqaüdün məbləği 150 (yüz əlli) manat müəyyən edilib.

 

Qeyd edək ki, daha əvvəl bu məbləğlər müvafiq olaraq 180 və 120 manat idi.

SİZƏ MARAQLI OLA BİLƏR