Burada sizin reklamınız ola bilər

Emin Eminzadə İngiltərədə özünün “EMİNZADA” vokal studiyasını açıb
13 Yanvar 2023 , 12:15

Emin Eminzadə İngiltərədə özünün “EMİNZADA” vokal studiyasını açıb


Azərbaycanlı ifaçı, prezident təqaüdçüsü Emin Eminzadə İngiltərədə özünün “EMİNZADA” vokal studiyasını açıb və yeni albom buraxmağa hazırlaşır.

 

Primetime.az xəbər verir ki, 2020-ci ildə müğənni Londonun nüfuzlu universitetlərindən birinə - Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna daxil olub və onu fərqlənmə diplomu ilə bitirib. Artıq iki ildir ki, musiqi karyerasını orada davam etdirir, mahnılar buraxır, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir.

 

  “EMİNZADA” vokal studiyasında  o, tələbələrini əsasən Azərbaycan xalq, klassik və müasir musiqi ilə tanış edir.

 

“Bu ideya məndə çoxdan var idi, lakin iş və təhsilin sıx qrafiki səbəbindən həyata keçirməyə imkan yox idi. Mən çox istəyirəm ki, musiqimiz bütün dünyada tanınsın və ifa olunsun. Məndə oxumaq istəyənlər çoxdur. Təcrübəmi və məsləhətlərimi onlarla bölüşürəm. Mən onların nəticələrindən razıyam. Studiyada da konsertlər təşkil edirik. Gələcəkdə bu studiya ilə bağlı çoxlu planlarım var”, - deyə Eminzadə bildirib.

 

Hazırda sənətçi bu ilin fevralında çıxması planlaşdırılan yeni musiqi albomunun da yazılması üzərində işləyir.

SİZƏ MARAQLI OLA BİLƏR