Müğənni Aisel (Aysel Məmmədova) albom hazırladığını bildirib.
Primetime.az xəbər verir ki, sənətçi bu barədə yeni fotosessiyasını paylaşarkən yazıb. Fotoqraf Ruslan Nəbiyevin obyektivinə pozalar verən Aisel “Tezliklə sizi yeni albom ilə sevindirəcəm”, - deyə bildirib.
Qeyd edək ki, uzun illərdir həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan ifaçı yeni albomundakı mahnıları da özü yazıb.