Burada sizin reklamınız ola bilər

Türkiyəli müğənni sevgilisini qətlə yetirib, meşədə basdırdı
16 Yanvar 2023 , 14:28

Türkiyəli müğənni sevgilisini qətlə yetirib, meşədə basdırdı - FOTO


Türkiyəli müğənni Seçil Çiftçi sevgilisini öldürərək meşədə basdırıb.

 

Primetime.az xəbər verir ki, İstanbulda meşəlik ərazidə əlləri və ayaqları bağlanmış vəziyyətdə kişi cəsədi aşkarlanıb. Araşdırmalar nəticəsində cəsədin Semih Sevgi adlı şəxsə məxsus olduğu ortaya çıxıb. Onun keçmiş sevgilisi model, müğənni Seçillə bağlı paylaşımlarını incəliyən hüquq-mühafizə orqanlarının işçiləri onu həbs edib. İfadəsi alınan Seçil onu qətlə yetirdiyini və meşəlik ərazidə dəfn etdiyini etiraf edib.

 

Bildirilib ki, Seçil evinə gələn sevgilisi ilə mübahisə edib və stulun qırıq ayağı ilə ona dəfələrlə zərbə endirib. Nəticədə Semih hadisə yerindəcə həyatını itirib. O, cəsədi basdırmaq üçün daha sonra atasından yardım alıb. 

 

Cəsəd meşədə göbələk yığan ailə tərəfindən tapılaraq polisə məlumat verilib.

 

SİZƏ MARAQLI OLA BİLƏR