Burada sizin reklamınız ola bilər

Günellə türkiyəli aktrisa arasında qalmaqal
16 Yanvar 2023 , 14:31

Günellə türkiyəli aktrisa arasında qalmaqal


Türkiyəli aktrisa-aparıcı Yeliz Yeşilmənlə müğənni Günel Zeynalova arasında mübahisə yaşanıb.

 

Primetime.az xəbər verir ki, buna səbəb türk mediasında Günelin estetikləri ilə bağlı yayımlanan xəbər olub. Günelin "Şişirdiləcək qədər estetik yoxdur, balaca toxunuşlar edilib" sözlərinə Yeliz reaksiya verib.

 

O, "Burun, dodaq, diş, yanaq var. Düşünürəm ki, böyük bir şey deyil, xırda toxunuşlar" yazaraq, gülmə işarəsi qoyub və Güneli ələ salıb.

 

Günelin qarşı tərəfə cavabı da gecikməyib. Müğənni Yelizin şərhinə "Bəli, Yeliz, sonuncu dəfə məni görəndə "Nə qədər gözəlləşmisən" deyib, maşallah söyləmişdin. Kaş orada üzümə, dişlərimə tam baxardın, deyərdim sənə nələr etdirdiyimi. Saxta səmimiyyətləri dərk etmək yaşımdayam. Sənə də sevgilər", - cavabını verib.

"Canım, səni hər zaman gözəl hesab etmişəm. Şərhimi yanlış anlama, səni üzəcək heç bir şey yoxdur. Nəticədə uşaqlığınla hazırki görünüşün arasında çox fərq var. Amma bu gözəl bir estetik, dəyişiklik. Bunu niyə açıq demirsən ki, burada pis bir şey yoxdur. Bir az ortadadır hər şey" , - deyə Yeliz ifaçının sərt sözlərinə reaksiya verib. 

SİZƏ MARAQLI OLA BİLƏR