Burada sizin reklamınız ola bilər


17 Yanvar 2023 , 11:41

"Zəng etsin, görüm niyə gəlməyib?" - efirə gəlməyən qonağa Manaf Ağayevdən reaksiya


Son vaxtlar trend olan “Tufan var” mahnısının ifaçısı Ceyhun Səmədov müğənni Manaf Ağayevlə efirə çıxmaqdan imtina edib.

 

Primetime.az xəbər verir ki, bu barədə “Xəzər axşamı” verilişinin aparıcısı Mətanət Əliverdiyeva efirdə məlumat verib.

 

Onun sözlərinə görə, Ceyhun efirdə qonaq olan Manaf Ağayev və Ülviyyə Namazova ilə konseptlərinin uyğun olmadığını səbəb gətirib. M. Ağayev isə “Allah ruzisini versin. Amma o sözü deyibsə, Allah onun ruzisini verməyəcək. Mənə zəng etsin, görüm niyə gəlməyib? Mən onun yaşı qədər sənətdəyəm, heç soruşmamışam ki, efirdə qonaq kimdir?”, - deyə cavab verib.

 

Qeyd edək ki, C. Səmədovun “Tufan var” mahnısı 3 il əvvəl işıq üzü görməsinə baxmayaraq, bir neçə gün əvvəl Bakıya qar yağanda trend olub.

 

SİZƏ MARAQLI OLA BİLƏR