Burada sizin reklamınız ola bilər

MTV-nin efirində müğənni ilə təşkilatçı arasında mübahisə düşdü
17 Yanvar 2023 , 12:07

MTV-nin efirində müğənni ilə təşkilatçı arasında mübahisə düşdü


Müğənni Kərim Abbasov ölkədə keçirilən mükafatlandırma mərasimlərini tənqid edib. 

 

Primetime.az xəbər verir ki, "Səhərin səsi" verilişində qonaq olan ifaçı onları saxta adlandırıb. Proqramda yer alan təşkilatçısı Sinan Şahmar isə onun sözlərinə əsəbiləşib. 

 

Kərim "Deyirlər ki, gəl, sənə "İlin ən zövqlü müğənnisi", "İlin müğənnisi", ilin nəyi adını verək, qiyməti 500-1000 manat. 20 ildir sənətdəyəm. Dünənin uşağı qarşımda nəsə deyə bilməz", - sözlərini söyləyib. 

 

Təşkilatçı isə Kərimə "Sizin bu söylədiklərinizə qatılmıram. Bəlkə, mükafata layiq görülə bilmirsiniz deyə, belə danışırsınız" cavabını verib.

 

İfaçı "Dediklərinin mənə adiyyəti yoxdur. Guya, maraqlı cümlə işlətdin. Hərəkətlərimi bilirəm, danışığına fikir ver" deyərək, əsəbiləşib. İkili arasında mübahisə daha da şiddətlənib.

 

Təşkilatçı "Hərəkətlərinizə fikir verin. Siz çox yuxarıdan gedirsiniz. Aşağı enin. Nə demək istəyirsinizsə, açıq danışın. Üstü qapalı danışırsınız" sözlərini əlavə edib.

 

Kərim ona "Bir az rahatlaş. Verilişdən ya sən, ya da mən gedəcəyəm" deyərək, xəbərdarlıq edib.


SİZƏ MARAQLI OLA BİLƏR