Burada sizin reklamınız ola bilər

Gülüstan Əliyeva evlilik iddialarına cavab verdi
17 Yanvar 2023 , 14:21

Gülüstan Əliyeva evlilik iddialarına cavab verdi


Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub. 

 

Primetime.az xəbər verir ki, xanəndənin Emin Xıdırov adlı gənclə yayımladığı şəkil birmənalı qarşılanmayıb. 

 

Əliyevanın "Sevilmək sevməkdən gözəldir, öyrəndim…" sözlərinə insanlar müxtəlif şərhlər yazıb. Bir çoxları müğənninin ailə qurmağa hazırlaşdığını, fotodakı şəxslə eşq yaşadığını yazıb. 

 

G.Əliyeva Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. O, yazılanlara təəccübləndiyini gizlətməyib:

 

"Oğlan modeldir, klipimdə çəkilib. Mən də klipdən anons paylaşdım. İnsanlar bilmir ki, nə yazsın".

 

SİZƏ MARAQLI OLA BİLƏR